Təcnis: Kəlbin olub yaslanmışam dərdə yar
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,Bağa girdik keşt ilə gül dərdə yar,Süsən-sünbül gül və reyhan ilə
Mən ha oldum hanı qəbrim qazan gəl,Tapar Laçın qınağında qazan gəl,Yeri namərd dünya malın qazan gəl,Hesab oldur şadlıq ilə ayla
Mənsur kimi məni saldın meydadır,Üzün görən zində olur meydadır,Kim ki ləbin cür'əsindən mey dadır,İnanmazam məhşərəcən ayla
Pərizadə gəştə çıxmış dər düzə,Gəl üzünə inci düzə dər düzə,Ümid vardır rəqib canın dərd üzə,Fəna ruyə yetişməyə ayla
Saleh, çeşmin göllərində qu aşa,Hamısını çağır məhrum qu aşa,Rəng-ruyun təhnə qılur qoyaşa,Hilal qaşın bərabərdir ayla
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-saleh-tecnis-kelbin-olub-yaslanmisam-derde-yar
Use ← → keys to move, R for a random poem
More by this author
Yə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
Mənəm səyyadıBir gül üzlü nigar,Sərv xoş rəftar,
Poems by other poets · Love
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Fariğ idim cümlə aləmdən, bilir aləm məniFariğ idim cümlə aləmdən, bilir aləm məni,Eyb edərdi bixəbər sanıb bəni-adəm məni.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.