Hər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,Qədru-qiymət bilən əhli-dərd ola,Rəqibə küyündə eyləməz ülfət

Könül, hər cayidan ummagil vəfa,Çəkərsən hicranın, bulmazsan səfa,Aşiqə bir zərrə eyləməz cəfa,Məşuqun könlündə ola mürüvvət

Nola, bir kərə ol sən mənim qəmxarım,Çıxıbdır əflaka naləvü zarım,Rəqib təənəsindən sevikli yarım,Aldı möhnət məni, öldürdü xiffət

Gəlmişəm qapına məhzun, pərişan,Dil şikəstə, qəmgin, mən zar-u giryan,Yandırdı bağrımı, eylədi biryan,Oldu kül hicran mənə müsəllət

Mülki-Süleymanda sən, hökmün İskəndər,Əmrindən təcavüz etmən müxtəsər,Salehəm küyündə olmuşam çakər,Hər cəfa eyləsən canıma minnət

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love