Yenə bizdən küsüb bivəfa dilbər,Kəsibdi ülfətin neçə müddətdi.Sog rəqib sözünə etibar etmək, –Bilməzəm, – xublarda bu nə adətdi.

Gədasını şah nəzərdən salınca,Qəriblikdə hicran canın alınca,Gözü yolda, boynu buruq qalınca,Ölüm aşiqlərə xoş səadətdi.

Deyirlər ki, sabah gələcək yarım,Şərməndəyəm, artıb dərdü qubarım;Candan qeyri yoxdur özgə nisarım,O da ki, ziyadə biləyaqətdi.

Yadlar ilə sürdün zövqü səfanı,Tərk etdin iqranı, əhdi-vəfanı;Barı bizdən əsirgəmə cəfanı,Nə qədər çox olsa canə minnətdi.

Mən demənəm dərdü qəmim az eylə,Daim meylin meylim ilə saz eylə,Düşəndə gah, gah sərfraz eylə,Saf unutma bu Zakiri, mürvətdi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love