Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.

Sayeyi-mərhəmətin başıma düşməz, nə səmər,Ki, səhi qəddini bir sərvi-bülənd eyləmisən.

Bir nəfəs ləli-ləbin zikri dilimdən düşməz,Məni tuti kimi tiryakiyi-qənd eyləmisən.

Göyə də çıxsa, müqabil dura bilməz qaşına,Bir hilali ki, onu nəli-səmənd eyləmisən.

Afəli-çeşmdən, ey müğbəçə, təşviş etmə,Könlümü məcməri-hüsnündə sipənd eyləmisən.

Bu gözü qaşına qurban oluın, ey məhparə,Məni bu qaşü gözündən giləmənd eyləmisən.

Hamı heyran dolanır daireyi-zülfündə,Neçə divanə bu zənciridə bənd eyləmisən?

Ozünə nəzr deyibsən məni qurban edəsən,Mənə zibəndədi sən hər nə pəsənd eyləmisən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Cümlə aşiqlərin azad gəzər aləmdə,Bircə Ləlini giriftari-kəmənd eyləmisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love