Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə,Yetişmədi Musa kimi anəstünarın narinə.

Yarın liqasın istəgil, canını vergil vəslinəKim, şol nigara, çox degil, sən qalma dünya varinə.

Qalü bəladə yar ilə qövlü çü qıldın, ey könül,Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə.

Yarəb, nə şəm’in nuridir gülgün yanağın, ey qəmər,Kim, noh fələk pərvanədir şol surətin ənvarinə.

Çün dünya cifədir dedi həqqin rəsulu, talibi,Çün kəlb imiş, gəl fariğ ol, baxma anın murdarinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ol dilbərin yolunda tərk etdi Nəsimi canını,Bil çox deyil canü cahan gər tərk edərsə yarinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love