Ey üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!

Üzünə qarşı sücud eylər mələk,Səcdəyə inkar edər şeytanımız.

Nunü eynin həq kitabıdır, vəliSurətin nəqşidürür Qur’anımız.

Surəti-həqdir cəmalın, ey nigar,Uş nəbinin sözləri bürhanımız.

Xızr əgər zülmətdə istər abını,Ləblərindir çeşmeyi-heyvanımız.

Şol səfasız sufiyi gör kim, necəDəm urar bimə’rifət heyvanımız.

Favü zadü lamdır Fəzli-ilah,Fəzlinə qurban edəlim canımız.

Hökmünə təslim olur canü könül,Ey vücudum təxtinə sultanımız!

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, gövhərin xərc eyləmə,Olmayınca müştəri cananımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love