Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?
Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?Qönçənin bağrını qan, bülbülü lal eyləmisən?
Qamətin sayə salan yerlərə gün sürtər üzün,Onu sərgəşteyi-zülfü xətü xal eyləmisən.
Qaş qaraldıqda üzünlə dura bilməz qarşı,Məgər, ey məh, günəşə ərzi-cəmal eyləmisən?
Özgələr məhrəm olub vəslinə, öz aşiqiniYandırıb hicr ilə məhrumi-vüsal eyləmisən.
Aşiqin könlünü yıxmaq, gözəlim, yaxşı deyil,Tutar axır səni ahim, nə xəyal eyləmisən?!
Sən ki yoxdun, nə bilirdim, ələmi-eşq nədir,El içində məni Məcnunə misal eyləmisən.
Naz ilə qeyri görəndə danışırsan, nə səbəbMəni gördükdə, gülüm, tərki-məqal eyləmisən?
Vahid, əhsən sənə, tən oxlarını gəldikcə,Yığmısan dövrənə, bir cahü cəlal eyləmisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yoxsa-ey-gul-yene-gulzarde-hal-eylemisen
Use ← → keys to move, R for a random poem
More by this author
Könlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
Eşqin məni döndərdi, gülüm, bülbülə sənsizEşqin məni döndərdi, gülüm, bülbülə sənsiz,Könlüm tutulur, baxsam əgər bir gülə sənsiz.
Göz mərdümi ki, əşk tökər bir gilə sənsizSəyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,
Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!