Könlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.

Göstərmə gül cəmalını, artırma naləmi,Bülbül bahar olanda dayanmaz təranəsiz.

Daim gözün xəyalını könlümdə bəslərəm,Bimarı kim görübdür, ola xəstəxanəsiz?

Cəllad min bəhanə ilə qəsdi-can edər.Sən öldürürsən aşiqi hər gün bəhanəsiz.

Zülfündən ayrı ruhum uçur, axtarır səni,Sakit olarmı, bir quş ola aşiyanəsiz?

Hər yerdə, Vahid, indi sənin söhbətin gedir,Xalqın sevən bir aşiq olarmı fəsanəsiz?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love