Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qulluğunda gərçi var, cana, bəsi təqsirimiz,Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz.
Vermədün can yüzünə qarşu zəhi şərməndəlik,Ruzi qıldı bu qara yüzlük bizə təqdirimiz.
Müddəi qıldı visalından sizi məhrum, leykÇıxmaya gögə məgər bu naleyi-şəbgirimiz.
Hər gecə duşumda görürmən pərişan zülfini,Ey müəbbər, degil axir kim, nədür tə’birimiz.
Biz məlamət gününün ovbaşlarının itiüz,Belə dedi ruzi-əvvəl pirimiz, təkbirimiz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yar küsdi Kişvəri, imdi fəna yolun gözət,Kim, bəqa mülkində daxı qalmayıbdır yerimiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-qullugunda-gerci-var-cana-besi-teqsirimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Məlamət daşı başımğa nə kim, gəlsə yəğaydurmən,Şəhidi-eşq içrə kuyində bir türbət yasaydurmən.
Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasunZülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun,Tutiyə görsət xəti-səbzin şəkərxalanmasun.
Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsünMə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün,Bitməz çü səngi-xarədən gülbərgi-baran neyləsün.
Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyənSənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən,Könlümi çak eyləyib, canim ara ca eyləyən.
Poems by other poets · Love
Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Sənin nəfəsinSənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Məftuni-səri-zülfüne qüllab gərəkməzMəftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.