Çoban türküsü
Açmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,Dərdim çoqdur ellər, ellər, ay ellər!Yar-yar deyib gecə-gündüz ağlaram.
Göz yola dikməkdən bağrım oldu qan,Bir xəbər yoq hilal qaşlı yarımdan,Yaralı könlümü olmaz oxşayan,Yar-yar deyib gecə-gündüz ağlaram.
Gülməz, yüz bahar olsa, gülməz yüzüm,Yardan başqa bir gözəl görməz gözüm,Sanki anadan ayrılmış öksüzüm,Yar-yar deyib gecə-gündüz ağlaram.
Öz yurdumda bir qəribdən seçilməm,Əsir kibi bir dost, bir yaqın bilməm,Cihan cənnət olsa, bir ləhzə gülməm,Yar-yar deyib gecə-gündüz ağlaram.
Məcnun könül Leylasını unutmaz,Başqa bir gözəl dərdimi uyutmaz,Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”Yar-yar deyib gecə-gündüz ağlaram.
Göy yüzündə görür-görməz hilalı,Keçər fikrimdən yarımın xəyalı,Dərbədər könlümün artar məlalı,Yar-yar deyib gecə-gündüz ağlaram.
Xatirə gəldikcə mavi gözləri,Süzgün baqışları, tatlı sözləri,Dolaşırım dağı, daşı, düzləri,Yar-yar deyib gecə-gündüz ağlaram.
Yosma dilbərim deyilmiş ədasız,Pək nazlıdır, amma deyil vəfasız,Nə çarə!? Eşq əhli olmaz bəlasız,Yar-yar deyib gecə-gündüz ağlaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-coban-turkusu
Use ← → keys to move, R for a random poem
More by this author
Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!
M.Qurbanəli ŞərifzadəNekroloqSəmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.
BisətBİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.
DəvətDƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.