Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Xəmi-zülfün çəməni-arizə çəm tək döşəmə,Mayil olma bu qədər çəm-xəmə, qurban gözünə.
Görürəm, xalq deyər qaşına qurban kəsilim,Deyirəm mən yenə, bainhəmə, qurban gözünə.
Hər səri-muyi-kəcində, düzü, min aləm var,Necə verrəm səni bir aləmə, qurban gözünə.
Var gözəlim, çün dəmi-İsa, dəmi-canbəxşində,Gəl otur, bircə verək dəm-dəmə, qurban gözünə.
Dini yox, kafiri-sərgəştədi, bədnam olusan,Vermə üz zülfi-xəməndərxəmə, qurban gözünə.
Necə kim, Yusifə dedilər: Bu mələkdir, nə bəşər,Səndə var indi həman həmhəmə, qurban gözünə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qoymusan indi ki, Sərraf adını aşiq əmən,Ver icazə ləbi-ləlin əmə, qurban gözünə.
Kitabxana.az · https://kitabxana.az/en/works/haci-rza-serraf-ey-bala-ey-quzu-ey-sux-meme-qurban-gozune
Use ← → keys to move, R for a random poem
More by this author
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Güli-gülzari-rəsalət bu gecəGüli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.