Təcnis
Əsiriyəm bir dilbərin ki, əgərXəncərlə şan-şan o yara məni,Visalından bullam həyati-tazəYəqin bil, öldürməz o yara məni.
Əmən məmən neylər cənnətin narın?Düzəxə bənzətməm firqətin narın,Rişteyi-can olmuş telindən narınDilər eldən: yetir o yara məni.
Dərdə kimin vardır mən tək davamı.Eşqin məriziyəm, sən ver dəvamı.Hər aşiqin candır eşqində vamı,Göstərməsin malı o yara məni.
Rəqiblərdən gəlləm sənə divanə,Göstərmə rüxsarın sən bu divanə.Yolunda bil hər aqilü divanə.Salsa çətin dağı o yara məni.
Ciyərdəndir gözümdən tökdüyüm hər dəm,Atəşi-suzandır çəkdiyim hər dəm,Can quşunu avaz edəndə hər dəm,Oxur zülfündəyəm, o yara məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-tecnis
Use ← → keys to move, R for a random poem
More by this author
Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:
Türkcə “Təmsilat”ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd CəfərəƏziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.
1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktubƏzəmətli ağam, Allah səadətinizi daimi etsin!Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız.
Poems by other poets · Love
İsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.
Mən gedimYari-vəfadarım, gəl halallaşaq,Hökm gəlib Naxçıvana mən gedim.
انس من ای شیخ با می است و دف و عودمی نتوان کرد ترک عادت معهود
DanışaqAşıq, bağrına bas sədəfli sazı,Min cavablı bir sualdan danışaq;