Aşıq, bağrına bas sədəfli sazı,Min cavablı bir sualdan danışaq;Meydan quraq, səhbət açaq, saz tutaq,Gül yanaqlı qoşa xaldan danışaq.Qoy söz alım bir günahsız dodaqdan,Düşmən baxıb həsəd çəksin uzaqdan;Yar bəzənib çıxan zaman otaqdan,Başındakı güllü şaldan danışaq.Vurğun deyər: bir dərd bilən yar olsun,Zülfü bulud, ağ sinəsi qar olsun,Yaxşı gündə, yaman gündə var olsun,Qədir bilən əhli-haldan danışaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love