Maral çıxdı dağ döşünəSəhər vaxtı gülə-gülə,Sol əlilə sağ döşünəBir gül taxdı gülə-gülə.

Bilərziyi ağ altundan,Yerə düşdü göy atından…Ala gözlər qaş altındanSüzüb axdı gülə-gülə…

Dedim: "Ay qız, nədir adın?"Dedi: "Mənəm, gözün aydın!"Dedim: "Bizə dost olaydın!"Dönüb baxdı gülə-gülə.

Dedim: "Aydır, gündür üzün?!"Dedi: "Məni dindir özün!"Gəldi cavan ömrümüzünTərlan baxtı gülə-gülə.

Ay dolandı, il dolandı,Unuduldu eşqin andı.O verdiyi sözü dandı,Daşa çaxdı gülə-gülə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets