Mənəm bu dünyada bəlalar çəkənNakişi, naşükür insan əlindən.O hankı vicdan kı, ağlar, ay aman!Gündə bir don geyən dövran əlindən?!.

Qalmamış qüdrətim… dalğınam çoxdan,Unutdum varlığı… dönmədim yoxdan…Fələklər tac saldı mən atan oxdan,Çıxmadım bu qanlı meydan əlindən.

Sürün, sürün, iştə durmadan bir an,Sən ey vəhşətindən feyz alan insan!Yarın gülmək üçün, ağlasın cahanBu Tövrat, bu İncil, Quran əlindən.

İllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.Dərdimi bilməyən varmı bir adəm?Bu bir həqiqət ki, sevdi can səni.

Dün öylə gedirdin ahəstə, rəvan,Bulandı su kimi gözlərimdə qan,Bir mənim başıma gəlmədi hicran,Kim basdı bağrına canhacan səni?..

O axşam, röyada gəzişə çıxdım,Aramızı vuran bir evi yıxdım…Titrəyə-titrəyə əlini sıxdım,Baxdım, zəhərləmiş o ilan səni…

Baxırdın, sevdiyim, sən məlul-məlul,Çırpınar, gülərkən sevdalı ilulBağırdım gülərək… ey ləkəli dul!..Məndən başqa sevməz bir insan səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love

Gəlməsin

Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,

Sadiq Bey Sabit of Asbarli1 min
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Masihi5 min
Oldu

Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,

Maqsud1 min
Yetişdi cana konul, ey nigar, rəhm eylə

Yetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!

Mir Mehdi KhazaniGhazal1 min