Avropanın küçələri qaranlıqdır yerdən göyə,Aclıq yağır baxışlardan, insanların batmış ordu.Qara geymiş başdan-başa polyakların ana yurdu,Hitler ona kəfən biçir "Sənin haqqın budur!" — deyə;Avropanın küçələri qaranlıqdır yerdən göyə.Nə gündədir, görün polyak!Sən zamanın hökmünə bax!Fəqət tarix deyir bizə:"İnsan bir qul olmayacaq!"Çex də görür taleyini — vətənində qul olmuşdur,Hər meydanda, meydançada dar ağacı qurulmuşdur.

Hitler özü avtorudur qaniçici fərmanların,Qurşun tökür boğazına haqq danışan insanlann.Hər tərəfdə aclıq, ölüm…Ərşə çıxmış yenə zülüm.Yaman əsir Avropada ölümlərin pis ruzgarı;Ot otlayır, sümük yeyir orda insan övladları.Quşlar belə ürküb qaçır orda cəmdək qoxusundan,Ac topların nərəsindən torpaq qalxır yuxusundan,Döyür hər gün qapıları min ölümün qanlı əli,Qıfıllanır hər könüldə insanlığın pak əməli.Ayaqlarda tapdalanır hər igidin mərd vüqarı.Təpiklərdə uçub gedir mədəniyyət sarayları.İnsan ölür… ev bağlanır… tarla yanır… ocaq sönür,Sıx meşələr od tutaraq, qayalıqlar külə dönür.Yanğın qopur üfüqlərdə, dənizlərdə, adalarda,Körpələrin meyidləri kabab olur cidalarda…Yaxşı baxın, nəzər salın Bolqarıstan gözəlinə,Azadlığın bayrağını o da almış öz əlinə.Deyir: "Mənəm bolqar qızı, Bolqarıstan vətənimdir.Mədən mənim, torpaq mənim, qüvvət mənim, söz mənimdir.Mənim gözəl torpağıma qoy gəlməsin qəsbkarlar.Hər ananın ürəyində min aslanın qüvvəti var"Deyir: "Yaşıl tarlamızı düşmən əli qoy biçməsin,Mənim axar çaylarımdan alman atı su içməsin!Gəlin, dedi bolqar qızı, — bir son qoyaq biz bu dərdə",Odur, alman generalı murdar oldu təpiklərdə.Qılınc taxıb, silah tutub, min qəzəblə gəldi hamı,Axıb gəldi sellər kimi küçələrin izdihamı.Ac qalanlar göstərərək öz əlinin qabannı,Hər tərəfdən dağıtdılar bağlı taxıl anbarını;O yandan da məqam güdür talan olmuş fransızlar,Silah tutan mərd oğullar, dul gəlinlər, yaslı qızlar.Öz kinini dişlərilə kilidləmiş böyük torpaqFaşistlərin pəncəsində bir qul kimi qalmayacaq.Marat qalxıb məzarından soran zaman: "Hanı vətən?"Aslan kimi tərpənəcək hər fransız öz yerindən.Yerin qəlbi titrədikcə gecə-gündüz top səsindənDənizlər də coşacaqdır igidlərin nərəsindən.Al bayraqlı kommunarlar keçəcəkdir dəstə-dəstə,Qadınlar da eyvanlardan gül səpəcək yollar üstə.Demək, tarix əyə bilməz cəlladlara öz başını,Qoca dünya tez qucaqlar öz ədalət qardaşını…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland