Səbəbsiz deyildir nə ölüm, nə qan,Nə sevda, fırtına, nə dağda duman;Bütün fəlakəti yaradır "insan",Mən bu həqiqəti səndən öyrəndim.Bəlkə sayıqladan məni azardır,Başıma gen dünya yenə də dardır.İçimdə gizli bir"cinayət" vardır...Nə qədər alçalıb, nə qədər endim,Mən bu həqiqəti səndən öyrəndim.Parçalan, ey qəlbim! Bir dəfə sökül!Xəstə yarpaq kimi ovxalan, tökül!Bəlkə zədələndi o dərdiyim gül...Artıq öz-özümə baxıb iyrəndim,Mən bu həqiqəti səndən öyrəndim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets