Bir yeni qüvvətlə sıçradıqca sənBaxır qüdrətinə sevinir Vətən.Dağlar da səslənir, daşlar da birdən:Hücuma tanklarla keçir komsomol,Təbiət, təslim ol! Düşmən, təslim ol!Qorxub çəkinmədik ölümdən, qandan,Çıxdıq illər boyu çox imtahandan,Dağı dağ üstünə qaldırır insan.Hücuma tanklarla keçir komsomol,Bir-iki, bir-iki, bir-iki... Sol! Sol!Daiğalan, bayrağım, qayna, dalğalan!İgidlər qanıdır rəngindəki qan...Sabahın qoynunda borular çalanHücuma tanklarla keçir komsomol,Təbiət təslim ol! Düşmən, təslim ol!Kimdir addımını sağdan atanlar?Yürüş ahəngini pozub qatanlar?Yerlərin göylərə işarəsi var:Hücuma tanklarla keçir komsomol,Bir-iki, bir-iki... bir-iki... Sol! Sol!Atın güllələri, yayılsın göyə.Azğın ürəklərə budur hədiyyə!Dünyada qan izi kəsilsin deyəHücuma tanklarla keçir komsomolTəbiət, təslim ol! Düşmən, təslim ol!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets