Mən səni gördükcə gözlərim yanır,Sən ey gəncliyimin güzgüsü bahar!Uçan buludların bəzən dayanır,Yoxsa söyləyəcək bir sözünmü var?Sən ey gəncliyimin güzgüsü bahar!Özün bilirsən ki, xeyli zamandırÇiçəkli düzlərə qanad gərmədim.Kim deyər gəncliyim haman, hamandır –Mən keçən günlərə yol göstərmədim;Çiçəkli düzlərə qanad gərmədim.Bahar! Gəl demə ki, qanım soyuqdur,Mənim də qəlbimdə əməllərim var...Kim deyir, sevginin mənası yoxdur?Gözlə, qırılmasın ortada ilqar,Mənim də qəlbimdə əməllərim var...Qoy deyim onlari, eşit, sən də bil;Bil ki, hər əməlim bir kainatdır.Səsimə səs versin bağçada bülbül;Cahanda ən gözəl, məncə, həyatdır,Bil ki, hər əməlim bir kainatdır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring