Yadıma düşdü
aşına döndüyüm gül üzlü sona!Ömrümün ilk çağı yadıma düşdü.Şairlər vətəni bizim tərəflər,Tərlanın oylağı yadıma düşdü.Oxuyun qəlbimi dastan içində,Ürək döyünməzmi astan içində?Payızın fəslində bostan içindəŞamamanın tağı yadıma düşdü.Töküldü kağıza sinəmin sözü,O ana yurdumun ocağı, közü,Ceyranın duruşu, durnanın gözüKəkliyin ayağı yadıma düşdü.Hanı at sürdüyüm boranda, qarda?Gəzdim aşıq kimi minbir diyarda;Gülüb oynadığım toyda, mağarda,Qızların qolbağı yadıma düşdü.Göylərə baş çəkir Göyəzən dağı,Axşam açıq olur ayın qabağı;Bizim gəlinlərin bayram qabağı,Fəsəli yaymağı yadıma düşdü.Sən bizim ellərin ruhuna bir bax!Bizdən inciməmiş bir əziz qonaq.Nişanlı qızların görüşdən qabaq,Telini saymaği yadıma düşdü.Vurğunun xəyalı gəzdi aranı,Gözümdə oynadı dağın boranı;Qışın buz qatığı, yayın ayranı,Payızın qaymağı yadıma düşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-yadima-dusdu
Use ← → keys to move, R for a random poem
More by this author
Başında tufanlar qopandan bəriSəkkiz ay görmədim heç üzünü mən
Həyat fəlsəfəsiQuşlar qatar-qatar ellərdən keçər,Bəşər nəsil-nəsil dünyadan köçər;
Partizan BabaşSorağını alsam belə bu gün sənin uzaqlardan,Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman…
Göz aydınlığıAy ellər, obalar, gözünüz aydın!Düşmənin səfləri pozulur bu gün;
Poems by other poets · Nature and spring
Bir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
رسمَست هرکه داغ ِ جوان دید، دوستانرأفت برند حالت ِ آن داغ دیده را
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.