Ay ellər, obalar, gözünüz aydın!Düşmənin səfləri pozulur bu gün;Bizim qoç igidlər nərə çəkdikcə,Zalımın məzarı qazılır bu gün.

Zaman öz hökmünü verəndən bəri,Açır cəmalını dağlar səhəri.Dumandan sıyrılır Vətən göyləriDurnalar qatara düzülür bu gün.

Parlayır günəşi ana Vətənin;Ulduzu qaralır pis Əhrimənin."Göyün allahıyam" deyən düşməninAyağı yerlərdən üzülür bu gün.

Ordumuz yürüyüb ellər keçəndə,Yadları ot kimi qırıb biçəndə,Analar sevinib, şərbət içəndə,Tarixə dastanlar yazılır bu gün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland