Partizan Babaş
Sorağını alsam belə bu gün sənin uzaqlardan,Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman…Deyirlər ki, partizansan, çöllər olmuş sənə məskən,Deyirlər ki, qar əriyir, buz əriyir nəfəsindən.Sən Belarus torpağına uzatdıqca qardaş əliSəhər ilə salamlaşır qardaşlığın pak əməli.Deyirlər ki, o yanlarda ağır gələn qışlar olur.Deyirlər ki, döşəyin yer, yastığınsa daşlar olur!Sən süngünlə, dırnağınla yer altına yol açırsan,Sən qaranlıq gecələrə gözlərindən nur saçırsan.Bəzən olur ağacların, yarpaqların söhbətindənDinləyirsən asta gələn quldurların səsini sən.Bəzən olur bütün gecə yatmayırsan sən bir anlıq;Əziyyətsiz qazanılmaz bu dünyada qəhrəmanlıq.Bəzən olur ovçu kimi qar üstündə iz salırsan,Kəsib karvan yollarını nişanını düz alırsan.Sən düşməni sovurduqca göy üzünə küllər kimi.Üzərinə qar tökülür ağ çiçəklər, güllər kimi.Şaxta vurub buz donsa da sənin yaqut yanağındaEl qeyrəti, vətən eşqi güllər açır dodağında…Sən ayazh gecələrdə ulduzların sirdaşısan,Boranların, çovğunların, dumanların qardaşısan.Sarsıtmamış varlığını yağan yağış, əsən külək,Açılmışdır qəlb evində əməllərin çiçək-çiçək.Sən deyirsən: "Qəlbimizdə Koroğlunun qanı vardır".Mən deyirəm: "Bu namusla yaşayanlar bəxtiyardır".Sən deyirsən: "Misri qılınc! Leş bir yana, baş bir yana".Mən deyirəm: "ölüm yoxdur od içində qəhrəmana".Sən deyirsən: "Xoş yaşasın ana yurdun qız-gəlini".Mən deyirəm: "Səhər yeli öpsün sənin mərd əlini".Sən deyirsən: "Ayağa qalx!" — Azərbaycan torpağına.Mən deyirəm: "Ana yurdun qəlbi dönür Qaf dağına".Sən deyirsən: "Radiomu meşələrdə quranda mən,Eşidirəm, zövq alıram ana yurdun nəğməsindən".Mon dcyirom: "Qoy var olsun sinəndəki cl ürəyi,Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi".Danışdıqca hünərindən bizim hava dalğaları.Sənin anan, dünya görmüş, ağbirçəkliTamam qarı öz gəlinlik paltarını sandığından çıxardaraq,Varaqlayır dastan kimi öz ömrünü varaq-varaq…O şad olur, o sevinir balasının hünərindən,Günəş qalxıb nur dağıdır ona vətən göylərindən.Bir zamanlar tüfənginlə cəbhələrdən gələndə sən,Ana qəlbi öpəcəkdir o üzündən, bu üzündən.Namusunu gözlədiyin gözəllər də dəstə-dəstə,Gül-çiçəklə çıxacaqdır sən gəldiyin yollar üstə.Can qardaşım! Sən mənimsən, sən mənim partizanımsan,Yeni günlər yaradanım, yeni tarix yazammsan.Qoy ulduzlar dəstə-dəstə öpsün sənin mərd əlini,Günəş yazsın üfüqlərə hər eşqini, əməlini!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-partizan-babas
Use ← → keys to move, R for a random poem
More by this author
Bilsin axtaranım, tanışım, dostum,Eşitsin dənizlər, qaralar*məni
ŞerimSən nəsən? Hər zaman, hər an çalxanan,Bu darğın qəlbimin həyəcanısan.
Acı gülüşlərSən ey altun qəfəslərdə xumarlanan, süzulən,Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?
Bir yaz sabahının ilk azanıydıBir yaz sabahının ilk əzanıydı,Süzüldü gözlərim xumarlanaraq.