Bilsin axtaranım, tanışım, dostum,Eşitsin dənizlər, qaralar*məniAdım çəkiləli qan, irin qusdum.Çox incitdi mübhəm yaralar məni.

Gələli dünyaya Məhəmməd, İsa,Qırdı qardaşlığın şah damarınıOnların qoyduğu məscid, kəlisaHələ də sormada xaiqın varını.

Əyildim şahlara, xanlara xeyliVuran vurmayana "Sən də vur" dedi.Ölüm pəncəsində yaşamaq meyliCəlladlara qızdı "Bir az dur" dedi.

Əsdi zərbələrlə duyğusuz ruzgarDedim "Qara günün, ağ günü" də var.Artıq aradığım o gün doğalı,Dillərdə nəğmə var, sularda lalə,

Qoynumda dost əli mehman olalıZümrüd yamacların bitirdi lalə.Haqqın, ədalətin dönməyən qoluAçdı hər qapıya bağlanan yolu

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring