Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.Ey ariflər, nəzər salın təbiətin qurğusuna,Şeyda bülbül kəsərmi heç gül yanından ayağını.Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,Axşam üstü çox öpürəm ayın açıq qabağını.Əzəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,Bütün dünya bizdən alır səadətin sorağını.Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,Mən qapalı görməmişəm könlümün söz otağını.Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,Yazıb-yazıb dolduraram sinəmin ağ varağını.Qara bulud sallamasın ətəyini sərhəd boyu,Mən dünəndən doldurmuşam patronumun darağını.Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,Hər bir sözüm saldıracaq min faşistin yarağını.Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,Tülkülərə verməyəcək aslanların yatağını.O gün mən də ilhamımla oxşayaraq sevəcəyəmAt belində qılınc vuran Don çayını qazağını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring