Ətəyini çirməyərəkSamur çaydan keçəndə sən,Xəfif-xəfif əsən küləkÖpdü sənin gül üzündən…

Könül dedi: dayan bir az,O dilbərin seyrinə dal;Dedim tora yaxın durmazOvçu görmüş ürkək maral.

Açdı xəyal yelkəniniSamur çayın baş bəndinə,Ürək dedi: bağla məniO gözlərin kəməndinə.

Gəlib çıxdın son sahilə.Ayağını öpdü çəmən.Nə mən gəldim, nə sən dilə,Bu da keçdi ömrümüzdən…

Sən ömrünün gənc yaşındaAddımını saya-sayaGəlib keçdin dağ başındaTüstülənən bir komaya.

Ürək qaldı yana-yana,İlk görüşdən ayrıldıq biz,— Sən o yana, mən bu yana.Qaldı ayaq izlərimiz…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets