Sən utan! Bəllidir riyakarlığın!Fitnədən yoğrulmuş bütün varlığın.Dünyada mərdliklə dolanmışam mən,Sənsən aralıqda min söz gəzdirən…Sənsən asta-asta hiylələr quran,Vəzifə başında yeyib quduran.Gözün götürməyir mənim adımı,Bu ad çoxlarına söz olmadımı?Ömründə üz-üzə durmusanmı sən?Sənsən papağının altda düşünən.Atılma meydana, saxta pəhlivan.Sənin də tükünü didəcək zaman!Deyirlər sən də bir kişisən gerçək,Əlindən gələni iki qaba çək.Min su yeritsən də saman altından.İgid baş verər ki, düşməz atından!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets