Xəyalım bu gecə varaq-varaqdır.Dilsiz əsrləri o yaracaqdır.Gözümə bir qara keçmiş görünür,Bir qara keçmış ki, bizdən uzaqdır.O keçmiş – gecədir, buludu lay-lay,Yaslı gəlin kimi pərişandır ay;Orda təbiət də qara geyinmiş,Sonalar dərdlidir, yorğun axır çay.Orda parçalanır, didilir vətən,Tez düşür insanın saçlarına dən...Orda haqq bağıran qəhrəmanlarınBir qılıncla gedir başı bədəndən.Boy atır sünbülün, gülün möhnəti,Sönür baxışların ilk məhəbbəti.Hər kiçik laylada "dərdim var" deyirElin şirin dili, şirin söhbəti.Solğun dodaqları ah, aman gəzir,Ölümlər qapını çox yaman gəzir...Böyük bir şairin dalğın xəyalıVətən çölrini pərişan gəzir...Sabir, o günləri gətirmə yada.Dünya unutmamış səni dünyada...Sinənə çarpdıqca kinli dalğalarBir qoca dağ kimi durdun dəryada.Sən ey azadlığın səhər ruzgarı,Sınmadı qəlbinin tərlan vüqarı.Əsrlər dolaşıq gəlib keçsə də,Tarix, unutmayır mərd oğulları.Uzalı getdisə dünyadan əlin,Artıq çiçəkləndi arzun, əməlin,İnsanın haqqını özünə verdik,Hər duyan ürəkdə qalxdı heykəlin.Oyanmış bu günəş, bu yer, bu insan,Artıq nə qamçı var, nə qara zindan,Nə matəm hıçqırır bülbülün səsi,O da ilham alır insan ağzından,Azaddır ellərin çiçəkli yazı,Bu yaz danışdırır Kürü, Arazı;Bu böyük günlərə min dastan deyirŞairin lirası, aşiqin sazı.Bəzəkli yurdumuz çiçək-çiçəkdir,Hər keçən ömrümüz bir gələcəkdir,Sənin də varlığın bir günəş kimiƏsrlər boyunca sönməyəcəkdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring