Əvvəla şərti-gözəllikdə kamal olmalıdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Almağa al ilə bülbüllərin əqlin əldən,Gül yanağında qızıl gül kimi al olmalıdrr.
Adəmin əqlini aldatmağa cənnət quşu tək,Danə-danə ağ üzündə qara xal olmalıdır.
Əli nazik, beli nazik, dili nazik gözəlin,Ozü şirin, sözü şirin, ləbi bal olmalıdır.
Kimə rast olsa edə əqli başından zail,Qüvveyi-qəmzədə bir Rüstəmi-Zal olmalıdır.
Bu gözəllikdə kimin olsa gözəl məşuqu,Ona dünyada nə dərdü, nə məlal olmalıdır,
Deyirəm: - Doğrusu, dünyadə o ev cənnətdir,Onda kim, bir sənəmi-hurimisal olmalıdır.
Vaiza, boş yerə hökm eyləmə, biz bildiyimizAşiqə busi-ləbi-yar həlal olmalıdır.
Yetər, ey tuti, nəbati bu qədər etmə tələf,Çox danışdım, dəxi bir ləhzə də lal olmalıdır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sədiya, eydi-səadət sənə bir dilbərdir,Adəm olsan, sənə nə mülk, nə mal olmalıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sedi-sani-qarabagi-evvela-serti-gozellikde-kamal-olmalidir
Use ← → keys to move, R for a random poem
More by this author
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.