Saqiya, bir şur ilən gəl, şurləndir məclisi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Abi-tiğin təşnəsidir Kərbəlayi-sinələr,Qana çalxa aləmi, aşurləndir məclisi.
Can edir çoxdan təcəllayi-camalın arzu,Məhv qjl Musayi-əqli, Turləndir məclisi.
Hər "ənəlhəq" naləsi bir tari-zülfündən gəlir,Eylə bir dar aləmi, Mənsurləndir məclisi.
İxtilat et cami-Cəmdən, kaseyi-Kavusdan,Xələti, xaqani göy, fəğfurləndir məclisi.
Gəl, gəl ey ruhi-mücəssəm, məclisə bir ruh ver,Zülməti rəf et aradan, nurləndir məclisi.
Gəh ləbinlə qıl xitabı, gah gözünlə qıl itab,Gəh şəfa bəxş eylə, gəh rəncurləndir məclisi.
Qoy dağılsın zülfün üzrə, qoy yığılsın cəmini,Marlandır sehr ilə, gəh murləndir məclisi.
Mütrüb, Allahı sevirsən, bir sürudi-eşq ilə,Hər kəsə bir ruh nəfx et, surləndir məclisi.
Bülbüli-gülzari-Cəfərdir xülusi-sidqimiz,Türfətül-eynilə bir teyfurləndir məclisi.
Saqi, ol meydən ki, ol mey kafərə olsun həram,Hər kəsə bir kasə sun, kafurləndir məclisi.
Gəlməsə bu məclisə zahid, cəhənnəm, gəlməsin,Sən qədəm bas, cənnət olsun, hurləndir məclisi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Daş atar, məclis şikəst olmasın istər, Sədiya,Zahidi-bədbin gözündən durləndir məclisi.
Kitabxana.az · https://kitabxana.az/en/works/sedi-sani-qarabagi-saqiya-bir-sur-ilen-gel-surlendir-meclisi
Use ← → keys to move, R for a random poem
More by this author
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
Poems by other poets · Love
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
OlarHər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
QəzəlGər səninçün qılmasam çak, ey büti-nazikbədən,Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.