Hər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.Zülf dağılar, çin-çin düşər gərdənə,Qaşınnan, gözünnən işarət olar.

Əl dəyəndə fəryad edər nimtənə,Tel tökülər, üzü dönər gülşənə,Sərəndazı başdan salar gərdənə,Görünsə məmələr qiyamət olar.

Hüseynin butası tərlan cilvəli,Bir şirin ədalı, bir naz-qəmzəli,Hər kəsin olarsa belə dilbəri,Bu dünya qəmindən salamat olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love