Görmüşəm
Şəmşəd mahalında, Morul elində,Ellər, huri-məhliqanı görmüşəm.Cəvahirdi gövhər nişan telində,Gözəllikdə canlar canı görmüşəm.
Badi-səba dəydi, açıldı çarqat,Görcək camalmı ağıl qaldı mat,Belə gözəl hanı dünyada, heyhat!Dərdə salan zənəxdanı görmüşəm.
Boyuna atlası xara yaraşır,Siyah zülfü qəddi dala yaraşır,Şəhla gözə gözün baxsa qamaşır,O qaşi göz can alanı görmüşəm.
Geyinibdi zər-zibanın içində,Cəvahir qərq olub kanm içində,Hindu xalı gül camalm içində,Görən deyər Hindistanı görmüşəm.
Aşıq Söyün, dərdin budu əlacı,Hidayət ol, sözün söyləmə acı,Cəvahir Göhərlə olsunlar bacı,İki püri-nur cahanı görmüşəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-gormusem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
BağışlarYaxşı adam yaxşılığı itirməz,Əlin hörmətini ələ bağışlar.
Qəzəl: Onun qəddin nihali-ömri-cavidana bənzətdimOnun qəddin nihali-ömri-cavidana bənzətdim,Sözün abi-həyatə, ləli-nabın cana bənzətdim
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,