Bağışlar
Yaxşı adam yaxşılığı itirməz,Əlin hörmətini ələ bağışlar.Mərd adam göz diksə dünya malına,Namərd qeyrətini pula bağışlar.
Qartalın duruşu vüqardı dağa,Pərvanə müştaqdı oda yanmağa.Sərçələr dən üçün tökülsə bağa,Bülbül öz qanını gülə bağışlar.
Bayraməli dönüb qəm sirdaşına,Başı çox dəyibdi əhləd daşına.Adam var töhmətdi elin başına,Adam var ömrünü elə bağışlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-bayrameli-bagislar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əlifba
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
اگر آن غنچه دهن مهر ز لب برگیردجگر تشنه خورشید به کوثر گیرد
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm