İşində sayıq ol, sözündə kamil,Ariflər içində söyülmə, könül!Qoy səni qananlar tərif eyləsin,Nadanlar dilində öyülmə, könül!

Bəxş etsə təbibə neçə min barat,Gərək müxənnətə bulmasın nicat.Nə çox zalım olub kimsəni ağlat,Nə çox zəlil olub döyülmə, könül!

Dünya arsızındı, hicranı tərgi,Ya şah ol, ya qul ol, tərg elə fərqi.Bayraməli bir qonaqdı gedərgi,Namərd qabağında əyilmə, könül!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice