Yar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.Məcnun olar dəli könlüm,Leyli deyib, dağ dolansa.

Namərd keçsə ixtiyara,Tərlan möhtac olar sara.Mərd igid çəkilər dara,Gədə durub lovğalansa.

Möhtac olsam tülkülərə,İstərəm, yem olum şirə.Bayraməli dönər Kürə,Şair təbi dalğalansa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love