Pisləyirsən gözəli sən necə hər an, ey şeyx
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
Sevgini xəlqə həram etdin əzəldən, lakinQəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!
Hər nədən məst olursan, nə təfavüt, məstsən,Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx!
Nə üçün inciyəsən, üzr varındır hər an,Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!
Bir baxaq biz içirik, məst oluruq bir meydən,Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx!
De görək ki, nə olub hasilin ol məsciddən,Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx!
Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən,Onu almış ələ bir zülfi-pərişan, ey şeyx!
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-pisleyirsen-gozeli-sen-nece-her-an-ey-seyx
Use ← → keys to move, R for a random poem
More by this author
Alcaq nəfsin dad əlindən verir mənə min əzab,Odur verən urəyimə sonsuz kədər iztirab.
Fikri sübutBir motəbər kitabda mən gordum belə bir xəbərİt ayağı dəyən yerə qədəm basmaz mələklər.
Şikayətin sonuZalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
Vəziri məhv etmək üçün fitnəkarların tədbiriBir gun bədxah, paxıl, nacins və hiyləgər adamlar,Vəziri məhv etmək ucun birləşərək nə ki var,
Poems by other poets · Love
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
ZülfünEyləyibdir çox cəfalar,Məni-binəvayə zülfün.
Məhəbbət, qəribə oyunların varMəhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.