Məhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.Baxıram, bir kolun dibində pünhanQıvrılıb yanaşı iki boz ilan,Sarmaşıb, dolanıb biri-birinə,

Dünya görünməyir nəzərlərinə.Ehtiras odunda onlar yanırlar,Eşqin qucağında xumarlanırlar.Süzür məhəbbətlə arvad ərini,Onlar unudublar zəhərlərini.İlan təbiəti çıxıbdır yaddan,Fəqət necə olsa ilandır ilan!Doğrudur, məhəbbət öz qüdrətindəKövrək duyğulara qadirdir ancaq, –Lakin ilandakı məhəbbətin dəMeyvəsi zəhərli ilan olacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love