Zindani-qəmdə oldu gunum qarət ağlaram
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
Zülfün havası ilə olub tirətər günüm,Qalu bəlada hicrin olub qismət, ağlaram.
Ahimlə dövri-şəmsü qəmər halə bağlayıb,Bir dəm sənlə eyləmədim söhbət, ağlaram.
Bülbül kimi nəvayə gəlib eylərəm fəğan,Hicri-rüxündə oldu kəman qamət, ağlaram.
Ahu fəğanım ərşə çıxıb, dilbəra, nedim?Sənsiz məni əhatə edib möhnət, ağlaram.
Kuyində sərfəraz olubdur rəqiblər,Edirlər hər zaman mənə min töhmət, ağlaram.
Əncümşümar olubdu fəraqində gözlərim,Yadi-vüsalın ilə çəkib həsrət, ağlaram.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəvvabtək alıbdı əlimdən təvanımı,Bitaqət eyləyibdi məni firqət, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/nevvab-zindani-qemde-oldu-gunum-qaret-aglaram
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədirEylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
Poems by other poets · Love
Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…
GörAşiq olub gəzən diyarbadiyar,Məddəsiz, mənasız söz olarmı, gör?
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva