Neyləyim, oldu bahar amma baharım gəlmədi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Neyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim?Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi.
Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər,Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi?
Vədə verdi, sındırıb əhdini, oldu bivəfa,Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi.
Bülbüli-şeyda kimi naləm tutubdur aləmi,Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər,Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nevvab-neyleyim-oldu-bahar-amma-baharim-gelmedi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədirEylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?