Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?Fikr ü xəyalımı vermişəm ona,Bir bülbülüm vardır, səndə varmı?

Ki nalə çəkər, ki fəğan eylər,Gül gül deyib ciyərimi qan eylər,Könül çəhçəhinə can qurban eylər,Bir bülbülüm vardır, səndə varmı?

Rəhim eyləyib gəlib mən binəvaya,Raz dilək deyib durub nəvaya,Mənəm Rəhim tək düşən başı sevdaya,Bir bülbülüm vardır, səndə varmı?

Random poem

Poems by other poets · Nature and spring