Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.

Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş,Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir.

Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl,…………………………………………….

Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın,Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir.

Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə,Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir.

Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmazŞu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Əgərçi sufinin fikri həmişə hurü cənnətdir,Həbibi sevdigü candan şu dinün nuru oğlandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love