Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar

Öz qəmin hərgiz yeməz dərviş əgər dana ola,Ah, nadan padşah daim qəmi-aləm qılar

Kafirəm dünya və mafiyaya gər meyl etsəm,Xanlığa, sultanlığa rəğbət məgər adəm qılar

Kim ki görsə yar gözün, cənnət etməz arzu,Hansı kafirdir ki cənnət xahişin bir dəm qılar

Arifin könlü olur dərhəm-pərişan zülf tək,Hər zaman zülfünə canan şanəni məhrəm qılar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love