Nəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək

Şəhər Qudialda anın bir neçə həmşirəsi var,Birisi Hacı bəyin Şahvələdi, Daş Tülək

Birisi Talış Mahmud, şücaətli dilir,Zərb işarə eylədi şəhi-hümayunda gərək

Bəndəni həcv eyləyib Mirzə Səlim Bəlihi,Verərəm atəş, topxana yanar zənbürək

Bir zaman fikr elə, bir iş gətirüm başına mən,Sənin əhvalına qəhqəhə çəkə dəryada səmək

İki kəhlan bədəvi əsb, Qarabağ nəcib,Saxlayıb sənin üçün peşkəş edə Qıtay bəy

Yolla Uzun Saqqalı, yaxşı cilovdarbaşıdır,Birinə Xanbutayı mindirə, birisi yedək

Ölüdən halva umarsan, diridən fitrə-zəkat,Oxşayır çox sənə quzğun, sarı göz, kor pəpələk

Yazmışdım ki sənin xidmətinə bir məktub,Aclığım var idi, bir qədər mənə buğda gərək

Anladın buğda baha olduğunu, yollamadın,Yenə də məzdiyyə sən, qurdlu kəpək, yaş təzək

Anlamaz, uzun qulaq, yastı çənə, gərdə papaq,Beyni boş, kirli sifət, fikri qürək, əqli küdək

Qoyaram zin Təkəlimizin dalına mən,Qırxaram quyruğunu, sağrına vuraram dəynək

Bu ki bir həcv deyildir, qala könlünün məndən,Kim ki zurnaçı ola, çaldırarım ona tütək

Gər mənim həcvimi Qudialda komendant eşidə,Hökm edər noxta keçirdə başına polkovnik

Arifəm rindi-xərabati, məşhuri-cahan,Saymıram mən səni gər dövlətin olsa lək-lək

Kərbəla mənə nəsib ola, sənə qurs xayil,Günahım əfv elə, olsun sənə Allah kömək

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets