Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz

Ləbindən busə hər kim alsa, əl-ömr əbəd, billah,Zülali-Xızrı yad etməz, xəyali-cami-Cəm çəkməz

Təmaşayi-fəzayi-gülşən könül edən aşiq,Keçər başından, amma ol təmaşadan qədəm çəkməz

Cəfa yetərdir mənə əğyardan, cövrü-sitəm səndən,Mənə rəhm elə kim bunca bəni-Adəm sitəm çəkməz

Deyirlər tərk qıl yarı ki aləm oldu əğyarın,Düşən sevdayi-eşqə aləm əğyar olsa qəm çəkməz

Dəm-dəm ahü-əfğan eyləməkdən halımı Arif,Nə bilsin ol kim etməz ahü-ah dəmbədəm çəkməz

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love