Neyləyim, ey dil ki
Neyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.
Mən görəndə lal olur nitqim, inan, söz tapmıram,Görməsəm bir il keçir hər ləhzəm, hər anım mənim.
Çün qızılgül yarpağından da zərif bir qəlbi var,Tez küsür, tez inciyir ol çeşmi-məstanım mənim.
Mahə bənzətdim dünən mən o gözəllər şahını,Qəhr ilə tutdu üzün, bil, şəmsi-tabanım mənim.
Hər dolanda gözləri eşqim düşür tufanlara,Qorxum ondadır ki, daşsın bir gün ümmanım mənim.
Bir bahardır, ləblərində qönçələr açmış onun,Jalə tək düşmüş o güllər üstünə qanım mənim.
Mən eşitdim Azəroğlu dildə yer vermiş ona,Hökmrandır o sarayda indi sultanım mənim.
Təbriz, 1944
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-neyleyim-ey-dil-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*