Saqi, nəzər et məclisə
Saqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Məndən məni sorma, nə deyim mən kiməm indi,Hicrə düşəli bilmirəm ünvanım hardadır.
Qəlbimdəki tufanların heç qeydinə qalma,Qəlbin qəmini çəkməyə imkanım hardadır.
Saqi, elə zənn eyləmə yormuş məni hicran,Yox, yox, deməyin siz mənə dərmanım hardadır.¹ Bu qəzəl şair Əli Fitrətin eyni qafiyəli qəzəlinə cavab olaraq yazılmışdır.
Bir dağ seli tək çöllərə düşsəm də, nə qorxum,Axır taparam dalğalı ümmanım hardadır.
Rəiyyət nədi, dövlət nədi mən sultanı eşqəm!Eşq əhli nə vaxt söylədi sultanım hardadır?!
Azər kimi yandım yenə mən azəri-hicrə,Ancaq demədim atəşi-hicranım hardadır.
Təbriz, 1944
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-saqi-nezer-et-meclise
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.