Dust
Nədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
Könül misrində Yusifdən əzizimSənin sevgin imiş sultanım,ey dust
Saçın küfrün görən iman üzündənBilir ol küfr ilə imanım,ey dust
Qiyamət vəchin imiş zahir olduGünəşdən aləmə bürhanım,ey dust
Bu gün yüzün görüb,danla deməzəmÇü danladır bu gün durağum,ey dust
Xəlayiq həşrin istər nəşr içindəQiyamətdən görəməz şanım,ey dust
Dəvasız dərdın içün Gülşəni derNədir can,vermədin dərmanım,ey dust
Kitabxana.az · https://kitabxana.az/en/works/seyx-ibrahim-gulseni-nedir-esqinden-ozge-canim-ey-dust
Use ← → keys to move, R for a random poem
More by this author
Əcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,