Məhəbbətlə qayıt gəl
Sən gedəli neçə vaxtdır,Saysam əgərZaman çatmaz, il çatmaz.Sən gedəndə çoxu dedi:“Getdi, daha qayıtmaz...”İnanmadım,İnansaydımHəsrətinə, hicranına dözməzdim.Zaman-zaman,Məkan-məkanSoraqlaşıb gəzməzdim.Sən gedəli neçə vaxtdırHəsrətindir, məhəbbətinBir də mən.Gözləyirik,Sən nə zaman dönərsən.Sən dönəndə həsrət gedər,İntizarı, hicranı da aparar.Mən qalaram,Sən qalarsan,Bir də məhəbbət qalar.Sən qayıt gəl,Gedən getsin.İstəmirəm minnət edim,Yol kəsim.Sən qayıt gəl,Təki bizi məhəbbət tərk etməsin.İnanıram gələcəksən bir səhər...İlk eşqinlə,İlk sevginlə qayıt sən.Məhəbbətsiz dönüb gəlsən,Nə sən varsan,Nə də mən...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-mehebbetle-qayit-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Bağda sarı yarpaqlarıHarayasa daşıyır bir qoca
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
Sən, ey sariban...Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.
GəraylıYaxşı deyib aşıq Cuma:“Dost bir olar, ya da iki”,
Poems by other poets · Separation
Gecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
Qəzəl: Əğyar aldı çevrəmi, canan, həray-hayƏğyar aldı çevrəmi, canan, həray-hayAldı bu dərdlər məni dərman həray-hay
QurtarsınYüz acı eyham var hər bir sözündəSaçları buluddu günəş üzündə.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,