Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.Qızıl qönçələrə heyran olanlarBilin, onlar edib belə lal məni.

Deyin, kim eşqində kamına çatdı?Kim hicran yükünü çiynindən atdı?Vüsal üfüqlərdə göründü, batdı,Çəkdi arxasınca o xəyal məni.

Bir quzey qarıdır saçım, saqqalım,Sıxmır ürəyimi, fəqət, bu halım.Arxamda ümidim, arzum, iqbalım,Yüz il də yaşadar bu calal məni.Fəqət həsrət odum dilim-dilimdir,Yanıb şölə çəkən öz niskilimdir.Vətənin vüsalı son mənzilimdir,Nə vaxtdır görməmiş o mahal məni.

Sən, ey bu yerlərdən ötən sariban,Belə sakit ötmə, dayan bircə an.Hicrandan vüsala qədəm qoyarkənYolunun üstündə körpü sal məni...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation