Səmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.Dedim, əgər Hafiz səni görsəydi, afət,Səmərqəndi bircə xala bağışlamazdı.

Gözlərinin atəşində yananda yəqin,Yanağının şəbnəmində sönərdi odu.Saçlarının qoxusunu alanda səninMeyxanəsiz, peymanəsiz o məst olardı.

Mərhəmətin mərhəmətlə güldü gözləri.Dedi: – Qonaq, bu sözlərin, kaş, düz olaydı.Əsrimizdə şairlərin yüzündən biriMəhəbbətdə, səxavətdə Hafiz olaydı.

Səmərqənd, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern