Qərənfil
Nə tez oyanmısan qış yuxusundan,Hələ təzə gəlir bahar, qərənfil?Gözünü gör necə ağardır sənəKəpəzin başından o qar, qərənfil.
Nə nərgiz çıxmışdır, nə novruzgülü,Nə dağlar atmışdır üzündən tülü.Şaxta yaman vurub meşəni, çölü,Gözlə yarpaqların donar, qərənfil.
Ayağın altına sərilmiş otlar,Başına mirvari səpir buludlar.De, nədən titrəyib əsirsən, nə var,Bir yerdə tutmursan qərar, qərənfil?
Bəlkə yırğalayır sərin meh səni?Bəlkə də üşüdür şəbnəm, şeh səni?İndi necə dərim, necə, ah, səni,Ey nərgiz gözləri xumar qərənfil.
Qoy gəlsin özünə yazığın barı,Gəl, odlu sinəmə gəl sığın barı.Qızınsın köksümdə yarpağın barıQəlbimdə sönməyən od var, qərənfil.
Axı, bu çöllərdə nəyin var, nəyin?Ruzgarın əlində solar örpəyin,Kim deyir, yox sənin arxan, köməyin?Yolunu gözləyir dildar, qərənfil.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-qerenfil
Use ← → keys to move, R for a random poem
More by this author
Qışın soyuq nəfəsi buludda qara döndü,Gül-çiçəkdən ayrılıb dağlar çənə büründü.
Uzaqdan məktublar“Həyat haqqında düşüncələr” silsiləsindən*1**
Məcnun söyüdBelində yağışlı payız günləri,Bulud göz yaşıyla yuyur şəhəri.
Miladdan qabaqkı danışıq dilindəMənə dəftər verin,bir də qələm...
Poems by other poets · Nature and spring
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.